Xəzər Xəbər

Almaniyanın xarici işlər naziri Brexitin təxirə salınmasını istəyir

Dünya | 15:24 • 16 Mart 2019
Almaniyanın xarici işlər naziri Brexitin təxirə salınmasını istəyir

Almaniyanın xarici işlər naziri Hayko Maas Böyük Britaniyanın Avropa İttifaqını nizamsız tərkinin qarısının alınması üçün Brexit prosesinin təxirə salınması imkanlarını istisna etmir.


Xezerxeber.az bu barədə TASS informasiya agentliyinə istinadla xəbər verir.


"Heç kəs nizamsız Brexit arzulamır. İş buna çatmamış kiçik təxirə salınma ilə daha bir ehtiram dövrəsi vurmaq yaxşı olardı”, - deyə Maas özünün "Twitter” səhifəsində yazıb.


"Biz sazişsiz Brexitin qarşısının alınması imkanlarına etinasızliq göstərməməliyik”, - deyə nazir qeyd edir. Eyni zamanda, onun fikrincə, Brexit-in təxirə salınması yalnız Londonun müvafiq planının olmasından sonra məna kəsb edə bilər.


Bir qədər əvvəl Britaniya parlamenti hökumətin Birləşmiş Krallığın Avropa İttifaqının tərkibindən çıxması vaxtının təxirə salınması təklifini dəstəkləyib. İcmalar Palatası martın 20-dək Böyük Britaniyanın Baş naziri Tereza Meyin Brüssellə danışıqlarda əldə etdiyi Brexit şərtləri barədə saziş layihəsini təsdiq etsə, ölkə hökuməti Brexit vaxtının iyunun 30-na qədər texniki təxirə salınması barədə Aİ-yə sorğu göndərməlidir. Əgər bu, baş verməsə, Nazirlər Kabineti Brexit prosesini daha uzaq vaxta təxirə salmağı tələb edəcək.


Xatırladaq ki, 2016-cı ilin iyununda keçirilən Brexit üzrə referendumun gedişində Böyük Britaniya vətəndaşlarının 51,9 faizi ölkənin Avropa ittifaqının tərkibindən çixmasına səs vermişdi. Lakin noyabr ayının ortalarında Sky News telekanalının keçirdiyi sorğunun nəticələrinə əsasən britaniyalıların 54 faizi Böyük Britaniyanın Aİ-nin tərkibində qalmasını istədiyini bildirmişdi.

Xəbər lenti