Xəzər Xəbər

Zimbabvedə tropik siklon səbəbindən 100-dən çox insan itkin düşüb

Dünya | 15:13 • 16 Mart 2019
Zimbabvedə tropik siklon səbəbindən 100-dən çox insan itkin düşüb

Zimbabvenin "İdai” tropik siklonunun təsirinə məruz qalması nəticəsində ölkənin şərqində ən azı 100 nəfər itkin düşüb.


Yerli hakimiyyət orqanları təbii fəlakət nəticəsində ölənlərin ola biləcəyindən ehtiyat edir. Hələ ki, həlak olanlar barədə məlumat verilmir.


Siklon ümumilikdə Mozambiklə sərhəddə yerləşən Manikalend əyalətində yaşayan 1000 nəfərə təsir edib. Təbii fəlakət elektrik təminatında ciddi problemlərə səbəb olub.


Qeyd edək ki, martın 15-də Mozambikin mərkəzi hissəsinin "İdai” tropik siklonunun təsirinə məruz qalması nəticədə ən azı 19 nəfər həlak olub.

Xəbər lenti