Xəzər Xəbər

Berlin və müttəfiqlərlə Suriyada münaqişəni siyasi yolla həll etməyə çağırıblar

Dünya | 12:15 • 16 Mart 2019
Berlin və müttəfiqlərlə Suriyada münaqişəni siyasi yolla həll etməyə çağırıblar

Suriyada hərbi yolla sülhə nail olmaq mümkün deyil. Bu ölkədəki münaqişə yalnız siyasi yolla və danışıqlar nəticəsində nizamlana.


AZƏRTAC xəbər verir ki, rəsmi Berlin, Vaşinqton, Paris və London Cenevrədə bu məzmunlu birgə çağırışla çıxış edərək, BMT-nin himayəsi altında sülh prosesini və BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsini dəstəklədiklərini bildiriblər.


Bəyanatda qeyd edilir ki, suriyalı qaçqınların öz evlərinə könüllü və təhlükəsiz qayıtmaq hüququ birmənalı şəkildə tanınmalıdır. Sənəddə xatırladılır ki, 11 milyon suriyalı doğma evlərini tərk etməyə məcbur olub və indiyə qədər təhlükəsiz qayıdış üçün şərait yaradılmasını gözləyir.

Xəbər lenti