Xəzər Xəbər

Yeni Zelandiyada məscidlərə atəş açan 4 şübhəli saxlanılıb

Dünya | 09:26 • 15 Mart 2019
Yeni Zelandiyada məscidlərə atəş açan 4 şübhəli saxlanılıb

Yeni Zelandiyanın Kraystçerç şəhərində iki məsciddə insanlara atəş açmaqda şübhəli bilinən 4 nəfər saxlanılıb.

Bunu polis komissarı Mayk Buş deyib.

Zelandiya polisi bildirib: "Silahlı hücumda digərlərinin də iştirak edib-etmədiyini hələ bilmirik, lakin onlardan heç biri azadlıqda qalmayacaq".

Qeyd edək ki, "Ən-Nur" və "Linvud" məscidlərinə hücum nəticəsində azı 27 nəfər həlak olub, xəstəxanalara təqribən 30 yaralı çatdırılıb.

Xəbər lenti