Xəzər Xəbər

Avstriya və Rusiya “Soçi dialoqu” adlı ictimai forum təsis edib

Dünya | 09:28 • 15 Mart 2019
Avstriya və Rusiya “Soçi dialoqu” adlı ictimai forum təsis edib

Avstriya və Rusiya beynəlxalq problemlərin müzakirəsi üçün "Soçi dialoqu" adlı ictimai forum təsis edib.


Xezerxeber.az xəbər verir ki, martın 14-də Avstriya Prezidenti Aleksander Van der Bellen və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında Vyanada keçirilən görüşdə bu barədə fikir mübadiləsi aparılıb.


Avstriya mətbuatının verdiyi məlumata görə, belə bir forumun yaradılması barədə ilkin razılıq hələ ötən ilin iyun ayında Rusiya və Avstriya dövlət başçılarının görüşündə əldə edilib. Vətəndaş cəmiyyətləri arasında qeyri-formal kommunikasiya üçün platforma rolunu oynamalı olan forumun təsisi barədə rəsmi sənəd hər iki ölkənin xarici işlər nazirləri arasında martın 12-də imzalanıb.


Avstriya Prezident Administrasiyasından verilən açıqlamada görüş zamanı Avropa İttifaqının(Aİ) sanksiyaları çərçivəsində iki ölkə arasında münasibətlər, Ukraynadakı vəziyyətlə bağlı Aİ-Rusiya əlaqələri, eləcə də Venesueladakı vəziyyət müzakirə edilib.

Xəbər lenti