Xəzər Xəbər

Rusiya “Boeing 737 MAX 8” və “Boeing 737 MAX 9” təyyarələrinin uçuşlarını qadağan edib

Dünya | 15:34 • 14 Mart 2019
Rusiya “Boeing 737 MAX 8” və “Boeing 737 MAX 9” təyyarələrinin uçuşlarını qadağan edib

Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) xüsusi göstərişlər verilənə qədər öz hava məkanında "Boeing 737 MAX 8” и "Boeing 737 MAX 9” təyyarələrinin uçuşlarını qadağan edib.

Bu barədə "Rosaviasiya”nın rəhbəri Aleksandr Neradko jurnalistlərə söhbətində bildirib.

Qadağa "Rosaviasiya”nın müvafiq qərarı qəbul edilənə qədər qüvvədə olacaq. A. Neradkonun sözlərinə görə, qadağanın götürülməsi barədə qərar ABŞ Federal Aviasiya Administrasiyasının, Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Büronun və "Boeing” şirkətinin direktiv məlumatlarının təhlilinə əsaslanacaq.

Xəbər lenti