Xəzər Xəbər

İrəvanın mərkəzində daha bir etiraz aksiyası keçirilir

Dünya | 15:08 • 14 Mart 2019
İrəvanın mərkəzində daha bir etiraz aksiyası keçirilir

Ermənistan paytaxtının mərkəzində daha bir etiraz aksiyası keçirilir. Bu dəfə Paşinyan hökumətinin həyata keçirdiyi "islahatların” qurbanları valyutadəyişmə məntəqələrinin və lombardların işçiləri olublar.


Xezerxeber.az erməni KİV-nə istinadən xəbər verir ki, Ermənistan Mərkəzi Bankının hazırladığı və parlamentə təqdim etdiyi dövlət rüsumları haqqında yeni qanun layihəsinə görə, valyutadəyişmə məntəqələrinin və lombardların ödəyəcəyi rüsumlar 60 dəfə artırılır. Belə ki, hazırda 50 min dram ödəyən valyutadəyişmə məntəqəsi gələcəkdə 3 milyon dram ödəyəcək.


Ermənistan ombudsmanı Arman Tatoyan meydana gələrək etiraz aksiyasının iştirakçıları ilə görüşüb və onların ərizələrini qəbul edib.


Martın 14-də ticarət obyektləri sökülən sahibkarlar və işçilər də etiraz aksiyası keçiriblər. Hər iki aksiyanın iştirakçıları hökumətin əhalini işsizliyə sürüklədiyini bildiriblər.

Xəbər lenti