Xəzər Xəbər

Səudiyyə Yəməndə tək qala bilər: ABŞ dəstəyini çəkir

Dünya | 15:39 • 14 Mart 2019
Səudiyyə Yəməndə tək qala bilər:
ABŞ Senatı Səudiyyə Ərəbistanına Yəməndə dəstəyin dayandırılması barədə qətnamə qəbul edib. Bu barədə "The Hill" qəzeti yazıb.

Nəşrin yazdığına əsasən, Ağ Ev bu sənədə veto qoymaq niyyətindədir.

Qeyd edək ki, Birləşmiş Ştatlar Səudiyyə Ərəbistanına Yəməndə "Ənsarullah" hərəkatına qarşı döyüşlərdə hərbi yardım göstərir. Bu hərəkat faktiki olaraq ölkənin böyük hissəsinə nəzarət edir.

Səudiyyə Ərəbistanı başda olmaqla Fars körfəzi ölkələri 2015-ci ildən etibarən Yəmənin qanuni hökumətinə qarşı "Fırtına əzmi" adlı əməliyyat başladıb./FaktXəbər

Xəbər lenti