Xəzər Xəbər

Rusiyanın təbii sərvətlərinin həcmi açıqlandı

Dünya | 15:08 • 14 Mart 2019
Rusiyanın təbii sərvətlərinin həcmi açıqlandı

Bu istiqamətdə ilk qiymətləndirmə 2017-ci ilin sonunda verilib.

Rusiyanın neft ehtiyatının məbləği 40 trilyon, təbii qaz ehtiyatının məbləği 11 trilyon rubl həndəvərində qiymətləndirilir.

Bunu Rusiyanın Təbii Sərvətlər və Ekologiya Nazirliyinin açıqladığı rəqəmlərə istinadən "RBK” yazıb.

Bu istiqamətdə ilk qiymətləndirmə 2017-ci ilin sonunda verilib. Qiymətləndirmə hər il yenilənəcək.

Nazirlik, həmçinin, Rusiyanın koks kömür (2 trilyon rubla yaxın), dəmir filizi (808 milyard rubl), almaz (505 milyard rubl) və qızıl (480 milyard rubl) ehtiyatının məbləğini də qiymətləndirib.

Şimal qonşumuzun bütün mineral və enerji ehtiyatlarının ümumi dəyəri 55,2 trilyon rubl təşkil edir.

Qeyd edək ki, bundan öncə – fevralın 27-də Rusiyanın energetika naziri Aleksandr Novak ölkənin neft-qaz ehtiyatının həcmini açıqlamışdı. Onun proqnozuna görə, Rusiyanın neft ehtiyatları təxminən 30 il, qaz ehtiyatları isə 100 ildən çox bəs edəcək. Ölkənin B və C kateqoriyalı neft ehtiyatlarının həcmi hazırda 29 milyard ton təşkil edir.(teleqraf.com)

Xəbər lenti

Çox oxunanlar