Xəzər Xəbər

Giorgi Marqvelaşvili: Azərbaycan ilə Gürcüstan strateji tərəfdaşdırlar

Dünya | 14:19 • 14 Mart 2019
Giorgi Marqvelaşvili: Azərbaycan ilə Gürcüstan strateji tərəfdaşdırlar

Gürcüstan ilə Azərbaycan arasında çoxəsrlik dostluq münasibətləri var. Bu münasibətləri pozmaq mümkün deyil.


Bu sözləri jurnalistlərə Gürcüstanın sabiq prezidenti, Gürcüstan İctimai Elmlər İnstitutunun (GİPA) professoru Giorgi Marqvelaşvili söyləyib.


O deyib: "Çoxəsrlik əlaqələrimiz var. Görkəmli siyasi xadimlər Heydər Əliyev və Eduard Şevarnadze bu münasibətləri inkişaf etdiriblər. Onlar birlikdə bu regionu inkişafa aparıblar, biz də bu istiqamətdə işləməyə davam edirik. Hər iki ölkənin münasibətləri ümumi maraqlara söykənir”.


Sabiq prezident vurğulayıb ki, Azərbaycan ilə Gürcüstan strateji tərəfdaşdırlar. Biz regionu yalnız xalqlarımız üçün deyil, həmçinin regiondan kənarda da çiçəklənməyə imkan verən istiqamətdə inkişaf etdiririk.


Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə münasibət bildirən professor bildirib ki, Gürcüstan hər zaman münaqişənin sülh yolu və beynəlxalq hüququn norma və prinsipləri əsasında nizamlanmasını dəstəkləyir. (AZƏRTAC)

Xəbər lenti