Xəzər Xəbər

Cənubi Koreya prezidentinin reytinqi azalıb, səbəbi...

Dünya | 14:23 • 14 Mart 2019
Cənubi Koreya prezidentinin reytinqi azalıb, səbəbi...

Moon Jae-inin populyarlığı 45% düşüb.

Cənubi Koreya Prezidenti Moon Jae-inin reytinqi onun 2017-ci ilin mayında hakimiyyətə gəlməsindən sonra ən aşağı səviyyəyə düşüb.

RİA "Novosti" xəbər verir ki, bunu Cənubi Koreyanın "Realmeter" Reytinq Agentliyinin keçirdiyi sorğunun nəticələri göstərir.

Agentliyin məlumatına görə, ölkə ərazisində 1,5 milyon insanın qatıldığı sorğuda Moon Jae-inin  populyarlığı 45% düşüb.

"Realmeter" Prezidentin reytinqinin azalmasına təsir edən səbəblərdən biri kimi, bu yaxınlarda Vyetnamda keçirilmiş ABŞ-KXDR sammitindən sonra əhali arasında Şimali Koreyanın nüvəsizləşdirilməsi perspektivlərinə olan inamsızlığın artmasını göstərib.(report.az)

Xəbər lenti