Xəzər Xəbər

Türkiyə “F-53”-lərin ilin sonunadək ölkəyə gətiriləcəyini gözləyir

Dünya | 13:24 • 14 Mart 2019
Türkiyə “F-53”-lərin ilin sonunadək ölkəyə gətiriləcəyini gözləyir

Türkiyə cari ilin noyabrında "F-35” qırıcılarının ölkənin Malatya bölgəsindəki aviabazaya gətiriləcəyini proqnozlaşdırır.


AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər ver ki, bu barədə Türkiyənin müdafiə naziri Hulusi Akar açıqlama verib. Nazir bildirib ki, aparılan testlər nəticəsində "F-35”-lər normal görünür və türkiyəli pilotlar ABŞ-da bu təyyarələr üzərində təlim almaqdadırlar.


Suriyanın İdlib bölgəsi ilə bağlı Türkiyə ilə Rusiya arasında əldə olunan anlaşmanın icra vəziyyətinə münasibət bildirən nazir deyib ki, ortaq əlaqələndirmə mərkəzinin qurulması üzərində əməkdaşlıq davam edir.

Xəbər lenti