Xəzər Xəbər

Rusiya Arktikada 500-ə yaxın hərbi obyekt tikib

Dünya | 15:31 • 11 Mart 2019
Rusiya Arktikada 500-ə yaxın hərbi obyekt tikib

Rusiya Müdafiə Nazirliyi 2012-ci ildən Arktikada 475 hərbi infrastruktur obyekti tikib.

Bunu ölkənin müdafiə naziri Sergey Şoyqu Rusiya Dövlət Dumasının müdafiə komitəsinin iclasında deyib.

Nazir bildirib ki, 2018-ci ilin sonunadək Kotelnı, Aleksandra Torpağı, Vrangel adalarında və Şmidt burnunda tikilmiş obyektlərin ümumi sahəsi 710 min kvadrat metrdən çoxdur.

Onun sözlərinə görə, Arktikadakı hərbi obyektlərdə hərbi qulluqçular, xüsusi silah-sursat və texnika yerləşdirilib. (Trend)

Xəbər lenti