Xəzər Xəbər

7 bomba partladı Bir neçə bina və polis idarəsi...

Dünya | 15:31 • 11 Mart 2019
7 bomba partladı

Taylandın Sathun və Phatthalunq vilayətlərində 7 əldəqayırma bomba partlayıb.

Hadisə nəticəsində yaralanan olmayıb. Daha 7 qurğu təhlükəsizlik qüvvələri tərəfindən tapılıb və zərərsizləşdirilib.

Partlayışlar nəticəsində yalnız bir neçə bina, o cümlədən Sathun vilayətinin polis idarəsi zərər çəkib.

Polis hesab edir ki, partlayışların arxasında terrorçu-separatçılar, siyasətçilər və ya mütəşəkkil cinayətkar qrupları dayanıb./publika.az

Xəbər lenti