Xəzər Xəbər

Almaniyada güclü siklon tüğyan edir

Dünya | 15:27 • 11 Mart 2019
Almaniyada güclü siklon tüğyan edir

Almaniyaya Belçika ilə sərhəddən güclü "Eberhard” siklonu yaxınlaşır.

Küləyin sürəti saatda 120 kilometrə çatır.

Almaniya Meteoroloji Xidmətinin verdiyi məlumata görə, siklon ilk olaraq Şimali Reyn-Vestfaliya və Reynland-Pfalts regionlarını vurub, daha sonra isə Hessen, Türingen, Şimali Bavariya və Çexiyaya yollanır.

Siklonun gücü Bofort şkalası üzrə maksimum 12 bal gücündə dəyərləndirilir. Mütəxəssislər belə küləyin əhəmiyyətli dağıntılara səbəb olacağını söyləyir və açıq məkanlardan uzaq durmağı tövsiyə edirlər./publika.az

Xəbər lenti