Xəzər Xəbər

Spirtli içki faciəsi: Mindən çox insan...

Dünya | 15:17 • 11 Mart 2019
Spirtli içki faciəsi:

İranın Kürdüstan əyalətinin Banə şəhərində əldəqayırma yolla (kustar) hazırlanmış saxta spirtli içkilər faciəyə səbəb olub.

Hadisə nəticəsində 23 nəfər zəhərlənib, 1 nəfər ölüb.

Bu barədə Banə şəhərinin məsul şəxsi Məhəmməd Fəllahi açıqlama verib. O bildirib ki, polis saxta spirtli içkiləri əhaliyə satan şəxslərin axtarışına başlayıb: "Zəhərlənənlər artıq xəstəxanalara yerləşdirilib. Onlardan bəzilərinin səhhəti ağırdır. Son günlər ölkənin bir neçə digər şəhərində də oxşar hadisələr baş verib. Əldəqayırma spirtli içkilər hazırlayaraq əhaliyə satan şəxslər gec-tez həbs edilərək məsuliyyətə cəlb olunacaq. Qanun qarşısında cavab verməli olacaqlar”.

Xatırladaq ki, son həftələrdə İranın daha bir neçə bölgəsində , o cümlədən də Meşkinşəhr, Əhər və Bukan şəhərlərində yüzlərlə insan saxta spirtli içkilərdən zəhərlənib. Bir neçə nəfər isə ölüb.

Qeyd edək ki, 2018-ci ilin oktyabr ayında İranın 8 əyalətində saxta spirtli içikilərdən mindən çox insanın zəhərlənməsi barədə məlumat yayılmışdı./publika.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti