Xəzər Xəbər

Ötən il Türkiyədə ÜDM istehsalı 19,1 faiz artıb

Dünya | 14:45 • 11 Mart 2019
Ötən il Türkiyədə ÜDM istehsalı 19,1 faiz artıb

Keçən il Türkiyədə ümumi daxili məhsul (ÜDM) istehsalının həcmi 2017-ci illə müqayisədə 19,1 faiz artıb.


AZƏRTAC Türkiyənin Statistika Təşkilatına istinadla xəbər verir ki, ötən il ölkə üzrə ümumilikdə 3 trilyon 700 milyard 989 milyon türk lirəsi məbləğində məhsul istehsal olunub. Artım kənd təsərrüfatında 1,3 faiz, sənayedə 1,1 faiz olub.


Bildirilir ki, keçən il adambaşına düşən ÜDM-in məbləği 45 min 463 lirə, təxminən 9 min 632 ABŞ dolları təşkil edib.

Xəbər lenti