Xəzər Xəbər

ABŞ-ın yeni oyunu ortaya çıxdı: İŞİD-çilərə pasport verilir

Dünya | 13:04 • 11 Mart 2019
ABŞ-ın yeni oyunu ortaya çıxdı:
Birləşmiş Ştatların yaratdığı və bu gün kimi dəstəklədiyi İŞİD terror təşkilatı ilə bağlı yeni hiyləsi ortaya çıxıb. Bu barədə "Yeni Şafak" qəzeti yazıb.

Nəşrin yazdığına əsasən, bu günə qədər PKK-ya aid düşərgələrdə təxminən 2 min İŞİD-çi Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) əməkdaşları tərəfindən dindirilib. MKİ ilə əməkdaşlığa razılıq verən terrorçulardan 140 nəfərinə saxta pasport verilib. Terrorçular yeni ad, kimlik və pasportla ABŞ-ın yeni gizli planlarını icra etmək üçün İraq vasitəsilə bölgədən çıxarılıb.

Qeyd edək ki, MKİ Deyr-əz-Zorun Kəsra, Biseyra, əl-Ömər və Suvar bölgələrini hərbi zona elan edib. Həmin bölgədə sorğu məntəqələri quran MKİ 2 min İŞİD-çinin istintaqını həyata keçirib. MKİ tərəfindən yaradılan sorğu məntəqələrində İsrail, Fransa və İngiltərədən olan kəşfiyyatçılar da fəaliyyət göstərir.

Xatırladaq ki. İŞİD terror təşkilatının lideri Əbu Bəkr Əl-Bağdadinin ABŞ himayəsi altında hərəkət etməsi ortaya çıxıb. Əl-Bağdadinin ABŞ zirehli maşının çəkilən fotoları sosial şəbəkələrdə dərc olunub. Baqhuzdakı hücumlardan qaçan İŞİD-çilər də həmin şəkilləri təsdiqləyib./FaktXəbər

Rubrikanın digər xəbərləri

Xəbər lenti