Xəzər Xəbər

Üçqat dünya çempionu intihar edib

Dünya | 12:02 • 11 Mart 2019
Üçqat dünya çempionu intihar edib

ABŞ yığmasının velosipedçisi Kelli Ketlin intihar edib. 23 yaşlı idmançının meyiti Kaliforniya ştatındakı evində tapılıb.

Hadisənin təfərrüatları bilinmir. İntiharla bağlı araşdırmalar aparılır. K.Ketlinin bu addımı hansı səbəbdən atdığı yaxın günlərdə açıqlanacaq.

Qeyd edək ki, velosipedçi üçqat dünya çempionudur. 2016-18-ci illərdə trekdə komanda yarışlarında qızıl medal qazanan K.Ketlin Rio-2016-da finiş xəttinə ikinci çatıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti