Xəzər Xəbər

Ruslar İdlibi bombaladılar

Dünya | 12:04 • 11 Mart 2019
Ruslar İdlibi bombaladılar

Bu əməliyyat zamanı çoxlu sayda mücahidin öldürüldüyü bildirilib.

2018-ci ilin sentyabrında əldə olunan Soçi razılaşmasından sonra ilk dəfə rus qırıcılar İdlib səmasında görünüb.

Rusiya Müdafiə Nazirliyinə istinad edən "Russkaya Vesna” saytı iki SU-34 qırıcısının Hmeymim hava bazasından qalxaraq İdlibin Türkiyə ilə sərhəd bölgələrinə hava zərbələri endirdiyini açıqlayıb.

İddia edilib ki, rus qırıcıların vurduğu hədəflər Əl-Qaida ilə əlaqəsi olan HTŞ mücahidləri olub. Bu əməliyyat zamanı çoxlu sayda mücahidin öldürüldüyü bildirilib.

Anadolu Agentliyinin xəbərinə görə isə hadisə zamanı 4 mülki insan ölüb.(teleqraf.com)

Xəbər lenti