Xəzər Xəbər

Tramp Konqresdən əlavə pul tələb edəcək

Dünya | 11:55 • 11 Mart 2019
Tramp Konqresdən əlavə pul tələb edəcək
ABŞ prezidenti Donald Tramp qanunsuz miqrantların ölkəyə axını və narkotik dövriyyəsinin qarşısını almaq məqsədilə Meksika ilə sərhəddə divarın tikilməsi üçün Konqresdən 2020-ci il dövlət büdcəsində əlavə 8,6 milyard dollar vəsait ayırmağı tələb edəcək.


XəzərXəbər xəbər verir ki, bu barədə Trampın 2020-ci maliyyə ili üzrə Konqresə ünvanlayacağı büdcə sorğusunun mətni ilə tanış olan Ağ Ev rəsmisi "Reuters”ə bildirib.

Onun sözlərinə görə, Trampın tələb etdiyi bu məbləğ Konqresin son 2 ildə sərhəd layihələrinə ayırdığı vəsaitlərdən 6 dəfədən, ABŞ prezidentinin bu ilki fövqəladə rejim səlahiyyətləri vasitəsilə əldə etdiyi maliyyədən isə 6% çoxdur.

Ağ Evin iqtisadi məsləhətçisi Larri Kudlou isə "Fox News”a müsahibəsində deyib ki, Trampın bu tələbi üzündən növbəti büdcə davası meydana çıxacaq: "Düşünürəm ki, Tramp divar tikintisi məsələsində israrlı olacaq və sərhəd təhlükəsizliyi mövzusunu gündəmdə saxlayacaq. Prezident 2020-ci il büdcəsində sərhəd təhlükəsizliyi üzrə daxili vəsait hesabına olan xərclərin təqribən 5% azaldılmasını təklif edir. Zənnimcə, bu vacibdir.”

ABŞ-ın 2020-ci il üzrə büdcə qanun layihəsi bu ilin 1 oktyabrınadək Konqresdə təsdiqlənməlidir. Əks halda, yanvarda bitən və Amerika tarixindəki ən uzun (5 həftə davam edib) "şatdaun” (büdcə çatışmazlığı üzündən ABŞ federal hökumətinin işini qismən dayandırması) prosesi təkrarlana bilər./azvision.az

Xəbər lenti

Çox oxunanlar