Xəzər Xəbər

Kartof idxalına rüsum ləğv edildi

Dünya | 11:42 • 11 Mart 2019
Kartof idxalına rüsum ləğv edildi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan kartof idxalına rüsumların ləğvi barədə fərman imzalayıb.

Yeni fərmana əsasən 200 min tondan az olmayan həcmdə kartofun idxalına rüsum tətbiq olunmayacaq.

Qeyd edək ki, bu ilin fevralında Türkiyədə kartof qiymətləri 6 faizdən çox artmışdı. Prezident R.T.Ərdoğan əvvəllər bildirmişdi ki, bazarlarda süni şəkildə kartof qıtlığı yaradan sahibkarlarla mübarizə gücləndiriləcək. (Trend)

Xəbər lenti