Xəzər Xəbər

Çin “Boeing”dən istifadəyə qadağa qoydu

Dünya | 11:12 • 11 Mart 2019
Çin “Boeing”dən istifadəyə qadağa qoydu

Çin Xalq Respublikası Efiopiyada baş verən qəzadan sonra "Boeing 737 Max 8” sərnişin təyyarəsinin istismarına qadağa qoyub.


Virtualaz.org bildirir ki, bu barədə Çin Mülki Aviasiya İdarəsinin saytı məlumat yayıb.


"Bu addım Çində hava reysləinin təhlükəsizliyini təmin etmək məqsədilə atılıb”, - deyə məlumatda qeyd olunur.


Bundan əvvəl "Boeing” şirkəti Efiopiyada baş verən aviaqəzadan sonra yeni modelin təqdimatını təxirə salıb.


Xatırladaq ki, ötən gün Efiopiyada sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində göyərtədə olan 149 sərnişin və 8 ekipaj üzvü həlak olub.

Xəbər lenti