Xəzər Xəbər

Təyyarəyə 2 dəqiqə gecikdi, sağ qaldı

Dünya | 11:00 • 11 Mart 2019
Təyyarəyə 2 dəqiqə gecikdi, sağ qaldı

Yunanıstan vətəndaşı Antonios Mavropolulos "Ethiopian Airlines" şirkətinin ötən gün qəzaya uğrayan təyyarəsinəgecikdiyi üçün sağ qalıb.

Bu barədə "Greek Reporter" məlumat yayıb.

Yunanıstanın "ALPHA TV"-yə müsahibəsində A. Mavropolulos bildirib ki, təyyarəyə iki dəqiqə gecikib. "Mən insanların təyyarəyə necə mindiklərini gördüm. Buraxılmadığıma görə çox qəzəbli idim”, - deyə Mavropolulos bildirib.

Qeyd edək ki, ötən gün qəzaya uğrayan "Boeing 737"-nin göyərtəsində 157 nəfər olub. Onarın hamısı həlak olub. Bildirilir ki, qəza təyyarə Efiopiyanın paytaxtı Əddis Əbəbədən havaya qalxdıqdan bir-neçə dəqiqə sonra baş verib.

Xəbər lenti