Xəzər Xəbər

Spirtli içkilərdən iki gündə 17 nəfər zəhərlənib - Onlardan ikisi ölüb

Dünya | 10:59 • 11 Mart 2019
Spirtli içkilərdən iki gündə 17 nəfər zəhərlənib -

İranın qərbində yerləşən Kürdüstan vilayətinin Banə rayonunda saxta spirtli içkilərdən zəhərlənənlərin sayı 17 nəfərə çatıb.

Trend-in məlumatına görə, bunu İranın Kürdüstan vilayəti Banə rayonu Səhiyyə və Müalicə İdarəsinin direktoru Arəş Rəşidi açıqlamasında deyib.

A.Rəşidinin sözlərinə görə, ötən 2 gündə spirtli içkilərdən zəhərlənənlər rayon xəstəxanasına yerləşdirilib.

İdarə rəsmisi əlavə edib ki, indiyədək 12 nəfər dializ edilib, 5 nəfər isə evə buraxılıb.

A.Rəşidi spirtli içkilərdən zəhərlənənlərin sayının artmaqda olduğunu deyib.

Qərbi Azərbaycan vilayətinin Bukan rayonunda saxta spirtli içkilərdən istifadə nəticəsində iki nəfər dünyasını dəyişib.

Xəbər lenti

Çox oxunanlar