Xəzər Xəbər

BMT-nin baş katibi başsağlığı verib

Dünya | 10:49 • 11 Mart 2019
BMT-nin baş katibi başsağlığı verib

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş təşkilatın Efiopiyada təyyarə qəzasında həlak olan üzvlərinin ailələrinə başsağlığı verib.


Xezerxeber.az BMT-nin saytına istinadla xəbər verir ki, martın 10-da Efiopiya Hava Yollarına aid sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan 157 nəfərin arasında BMT-nin strukturlarının, o cümlədən Beynəlxalq Miqrasiya Təşkilatı, Beynəlxalq Ərzaq Proqramı, Qaçqınların İşlər üzrə BMT-nin Komissarlığı, BMT Ətraf Mühit Proqramı və Dünya Bankının 19 əməkdaşlı olub.


BMT mətbuat katibinin yaydığı bəyanatda deyilir: "Baş katib həlak olanların, o cümlədən BMT-nin əməkdaşlarının ailələrinə və yaxınlarına, həmçinin Efiopiya hökumətinə və xalqına dərin hüznlə başsağlığı verir”.

Xəbər lenti