Xəzər Xəbər

Litvada referendum keçiriləcək

Dünya | 09:38 • 11 Mart 2019
Litvada referendum keçiriləcək

Litva parlamentinin qərarı ilə 2019-cu il mayın 12-də ölkədə ümumxalq səsverməsi - referendum keçiriləcək.


Referendumda vətəndaşlar ikili vətəndaşlığa icazə verəcək qanunun qəbuluna münasibət bildirəcəklər.


Hazırda Litva vətəndaşları ölkədən köçərək başqa ölkələrin vətəndaşlığını qəbul etmək istədikdə Litva vətəndaşlığından imtina etməli olurlar. Təklif olunan yeni qanun isə Litva vətəndaşlarına həm də "Avroatlantik inteqrasiya meyarlarına uyğun” ölkələrin vətəndaşlığını qəbul etməyə imkan verəcək. Belə ölkələrin konkret siyahısı qanunda göstəriləcək.


Mayın 12-də Litvada həm də parlament deputatlarının sayının 141-dən 121 nəfərədək azaldılmasını nəzərdə tutan konstitusiya dəyişikliyinə dair referendum, eləcə də prezident seçkiləri keçiriləcək. (AZƏRTAC)

Xəbər lenti