Xəzər Xəbər

Türkiyənin təhlükəsizlik qüvvələri PKK-ya daha bir ağır zərbə endirib

Dünya | 09:09 • 11 Mart 2019
Türkiyənin təhlükəsizlik qüvvələri PKK-ya daha bir ağır zərbə endirib

Türkiyə Silahlı Qüvvələrinə məxsus qırıcılar İraqın Şimalında yerləşən Avaşin-Basyan bölgəsindəki PKK terror təşkilatının düşərgələrinə hava zərbələr endirib.


Xezerxeber.az Türkiyənin Müdafiə Nazirliyinin "Twitter” səhifəsinə istinadla xəbər verir ki, dəqiq zərbələr nəticəsində terrorçulara məxsus sığınacaqlar, silah-sursat anbarı və təlim yerləri məhv edilib. Bundan başqa, Türkiyənin təhlükəsizlik qüvvələrinin ölkənin Şırnak vilayətinin Beytüşşebap rayonunda yerləşən Faraşin ərazisində keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK-ya daha bir ağır zərbə vurulub. Bildirilir ki, 2-si mağara olmaqla PKK terrorçularının 6 sığınacağı yararsız hala gətirilib.

Xəbər lenti