Xəzər Xəbər

İndoneziyada qatar relsdən çıxıb, yaralılar var

Dünya | 19:16 • 10 Mart 2019
İndoneziyada qatar relsdən çıxıb, yaralılar var

İndoneziyanın Qərbi Yava vilayətində qatarın relsdən çıxması nəticəsində onlarla insan xəsarət alıb.

Hadisə bu gün yerli vaxtla 10:30-da Boqor bələdiyyəsində baş verib.

Şahidləri bildirib ki, hadisəyə səbəb elektrik xətti dirəyinin aşması olub. Hazırda araşdırma aparılır.

Qeyd edək ki, qatar Cakartadan turistlər arasında məşhur olan Boqora gedirmiş.

Xəbər lenti