Xəzər Xəbər

Efiopiyada təyyarə qəzasında ölənlərin 8-i Çin vətəndaşıdır

Dünya | 16:54 • 10 Mart 2019
Efiopiyada təyyarə qəzasında ölənlərin 8-i Çin vətəndaşıdır

"Efiopiya hava yolları"na məxsus "Boeing 737” təyyarəsinin qəzaya uğraması nəticəsində ölən sərnişinlərin 8-i Çin vətəndaşıdır.


AZƏRTAC xəbər verir ki, bu barədə "China Daily" qəzeti Çinin Efiopiyadakı səfirliyinə istinadla məlumat yayıb.


Qeyd edək ki, "Efiopiya hava yolları" şirkətinin təyyarəsi yerli vaxtla 8:38-də paytaxt Əddis Əbəbə hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra idarəetməni itirərək yerə çırpılıb. Nəticədə təyyarədəki 149 sərnişinin və səkkiz ekipaj üzvünün hamısı həlak olub.

Xəbər lenti