Xəzər Xəbər

Azərbaycanlı müğənninin evindən 4,2 milyon rubl oğurlandı

Dünya | 12:37 • 10 Mart 2019
Azərbaycanlı müğənninin evindən 4,2 milyon rubl oğurlandı

Moskvada yaşayan azərbaycanlı müğənni Bahh Tee (əsl adı Bəxtiyar Əliyevdir) oğruların hücumuna məruz qalıb.


Virtualaz.org "RenTV”yə istinadən xəbər verir ki, 8-9 mart tarixlərindən birində müğənninin yaşadığı mənzil qarət olunub. Rusiya paytaxtının Veyernaya küçəsində yerləşən mənzildən 4 milyon 200 min rubl aparılıb.


Mənbə əlavə edir ki, müğənni hmin mənzildə kirayədə qalır. Fakt üzrə cinayət işinə başlanıb.

Xəbər lenti