Xəzər Xəbər

Tunisin səhiyyə naziri ölkədə 11 körpənin öldüyündən sonra istefa verib

Dünya | 12:07 • 10 Mart 2019
Tunisin səhiyyə naziri ölkədə 11 körpənin öldüyündən sonra istefa verib

Tunisin səhiyyə naziri Əbdel Rauf əş-Şərif ölkənin paytaxtında mamalıq və neonatologiya mərkəzində 11 körpənin öldüyündən sonra istefa verib.

Baş nazir Yusif Şahed əş-Şərifin istefasını qəbul edib.

Şənbə günü ölkənin Səhiyyə Nazirliyi bildirib ki, paytaxtın Rabta rayonunda mamalıq və neonatologiya mərkəzində 7-8 mart tarixlərində ən azı 11 körpə ölü aşkar olunub.

Hal-hazırda hadisənin səbəblərini araşdıran və cavabdeh şəxslərin axtarışı ilə məşğul olan xüsusi komissiya ayradılıb. (Trend)

Xəbər lenti