Xəzər Xəbər

Kolumbiyada təyyarənin qəzaya uğraması nəticəsində 12 nəfər ölüb

Dünya | 11:54 • 10 Mart 2019
Kolumbiyada təyyarənin qəzaya uğraması nəticəsində 12 nəfər ölüb

Kolumbiyanın mərkəzi hissəsində təyyarənin qəzaya uğraması nəticəsində azı 12 nəfər ölüb. Bu barədə "Caracol” agentliyi məlumat yayıb.

Xezerxeber.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, "Laser” şirkətinə məxsus "Douglas DC-3” təyyarəsi San-Xose-del-Quavyare şəhərindən Vilyavisensyo şəhərinə uçurmuş. San-Martin yaşayış məntəqəsində pilot dispetçerlərə fövqəladə vəziyyət barədə məlumat verib. O, qəza enişi etməyə çalışsa da, uğursuz nəticələnib. İlkin məlumata görə, təyyarədə olan 12 nəfər ölüb.

Qəzanın səbəbləri araşdırılır.

Xəbər lenti