Xəzər Xəbər

“Brexit” Fransanın nəqliyyat sistemini iflic edib

Dünya | 13:33 • 10 Mart 2019
“Brexit” Fransanın nəqliyyat sistemini iflic edib

Böyük Britaniyanın "Brexit” məsələləri Fransanın nəqliyyat sistemində problemlər yaradıb.


Gömrük xidmətlərinin sosial vəziyyətinin möhkəmləndirilməsi ilə bağlı etiraz tətili Fransanın Böyük Britaniya istiqamətində bütün nəqliyyat növlərində problem yaradıb. Gömrükçülərin UNSA-CGT-CFDT həmkarlar ittifaqları gecə saatları, təhlükəli anlar üçün əlavə ödəniş və əlavə səhiyyə xərclərinin 50 faizinin dövlət tərəfindən ödənilməsi tələbləri ilə tətil edirlər.


Parisin Şimal vağzalında sürət qatarlarının 2 saat gecikdiyi, qatarları gözləyən sərnişin növbəsinin uzandığı bildirilir. Şəhərin cənubundakı Orli aeroportunda da uçuşların pozulduğu qeyd olunur. "Brexit” məsələsi ilə bağlı gömrükçülər əlavə vəsait tələb edirlər.

Xəbər lenti