Xəzər Xəbər

İtaliyanın San-Ferdinando şəhərindən miqrantlar çıxarılır

Dünya | 11:24 • 10 Mart 2019
İtaliyanın San-Ferdinando şəhərindən miqrantlar çıxarılır

İtaliyanın Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, Kalabriya bölgəsində yerləşən San-Ferdinando şəhərində yüzlərlə miqrantın yaşadığı qəsəbənin boşaldılması işlərinə başlanılıb.


AZƏRTAC İtaliyanın "repubblica.it” saytına istinadla xəbər verir ki, əməliyyatda təxminən 600 polis, yanğınsöndürən və səhiyyə işçisi iştirak edib. Bildirilir ki, təxminən 900 nəfər miqrantın qəbul mərkəzlərinə köçürülməsi üçün 18 avtobus ayrılıb.

Xəbər lenti