Xəzər Xəbər

Suriyada minanın partlaması nəticəsində 8 nəfər ölüb

Dünya | 09:59 • 10 Mart 2019
Suriyada minanın partlaması nəticəsində 8 nəfər ölüb

Suriyanın Palmir şəhəri yaxınlığında yerləşən Homs əyalətində yaraqlıların basdırdığı minanın partlaması nəticəsində azı 8 dinc sakin ölüb, daha 11 nəfər yaralanıb.


Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü SANA agentliyi məlumat yayıb.


"İŞİD terrorçularının Palmir səhrasındakı Arak kəndində basdırdıqları minanın partlaması nəticəsində səkkiz dinc sakin ölüb, daha 11 nəfər yaralanıb", - deyə məlumatda bildirilir.


Daha əvvəl Suriyanın Əl-Malikiyyə yaşayış məntəqəsinin atəşə tutulması nəticəsində iki dinc sakin ölüb, daha səkkizi yaralanıb.

Xəbər lenti