Xəzər Xəbər

Myanmada 9 polis əməkdaşı qətlə yetirilib

Dünya | 09:49 • 10 Mart 2019
Myanmada 9 polis əməkdaşı qətlə yetirilib

Myanmanın qərbində naməlum şəxslərin polis postuna hücum etməsi nəticəsində hüquq-mühafizə orqanlarının 9 əməkdaşı qətlə yetirilib.


TASS xəbər verir ki, bu barədə bazar günü "Sinhua" agentliyi məlumat yayıb.


Bildirilir ki, təqribən daha iki qanun keşikçisi yaralanıb.


Polisin məlumatına görə, hücum Rakhayn ştatında Ponnaqün qəsəbəsində baş verib.

Xəbər lenti