Xəzər Xəbər

Avropa Komissiyası İtaliyadan şikayət edib

Dünya | 09:05 • 10 Mart 2019
Avropa Komissiyası İtaliyadan şikayət edib

Avropa Komissiyası İtaliyadakı atmosfer çirklənməsi və yağış kollektorlarla bağlı vəziyyət haqqında Avropa məhkəməsinə məlumat verib.

AZƏRTAC İtaliyanın "si24.it” saytına istinadla xəbər verir ki, Avropa Komissiyası Romanın havada icazə verilən azot dioksid səviyyəsini (NO2) dəfələrlə pozduğu və kiçik şəhər mərkəzlərində yağış sularının təmizləyici sisteminin yaxşılaşdırılması ilə bağlı heç bir tədbir görmədiyi üçün bu addımı atıb. Avropa Komissiyası İtaliyanın havada PM10 səviyyəsini pozduğuna görə atmosfer çirklənməsi ilə bağlı Avropa məhkəməsinə hələ ötən ilin may ayında müraciət edib.

Çirkab sularına görə İtaliyanın milyonlarla avro cərimə ödədiyi bildirilir.

Xəbər lenti