Xəzər Xəbər

Fransada “sarı jiletlər” yenidən ayaqlanacaq

Dünya | 08:59 • 10 Mart 2019
Fransada “sarı jiletlər” yenidən ayaqlanacaq

Fransada "sarı jiletlər” etiraz aksiyasının 17-ci aktında 28 min 600 nümayişçi iştirak edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb. "Sarı jiletlər”in 17-ci aktına işsizlik-sığortası ilə bağlı hökumətin aparmaq istədiyi islahatlara etiraz edən bağça işçiləri "qırmızı jilet”lərdə və qadın hüquqlarının müdafiəçiləri "bənövşəyi jiletlər”də qoşulublar.

Parisdə 3 min nümayişçi küçələrə çıxıb. Paytaxtda 19 nəfər saxlanılaraq polis məntəqəsində dindirilib. "Sarı jiletlər” gələn həftə milli debatların başa çatacağı vaxt - martın 16-da keçiriləcək nümayiş üçün böyük səfərbərlik olacağını bildiriblər.

Bu gün polis nümayişçiləri dağıtmaq üçün su şırnağından istifadə edib.

Xəbər lenti