Xəzər Xəbər

Nyu-York Prokurorluğu Gülnarə Kərimovanı ittiham etdi 865 milyon dollar

Dünya | 13:51 • 9 Mart 2019
Nyu-York Prokurorluğu Gülnarə Kərimovanı ittiham etdi

2000-ci illərin əvvəllərində Gülnarə Kərimova və Behzod Əhmədov iş birliyi qurublar.

Nyu-York Prokurorluğu Özbəkistanın birinci prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimovanı və onun ortağı, "Uzdunrabita” (Rusiyanın MTS Telekommunikasiya Şirkətinin Özbəkistandakı ofisi) Məhdud Məsuliyyətli Cəmiyyətinin keçmiş rəhbəri Behzod Əhmədovu rüşvətxorluqda, həmçinin 865 milyon dolların yuyulmasında ittiham edir.

Özbəkistan mətbuatına istinadla xəbər verilir ki, ittihama görə 2000-ci illərin əvvəllərində Gülnarə Kərimova və Behzod Əhmədov iş birliyi qurublar. Özbəkistan bazarına girmək üçün Rusiyanın "Vımpelkom” və MTS, İsveçin "Telia Companiy AB” telekommunikasiya şirkətləri Gülnarə Kərimova və onun yaxın ətrafına külli miqdarda rüşvət veriblər.

Xatırladaq ki, 2015-ci ildə Gülnarə Kərimova vergidən yayınmaqda və soyğunçuluqda ittiham olunaraq beş il müddətinə azadlıqdan məhrum edilib. Ötən ilin yayında isə ev dustaqlığına buraxılıb. Bu günlərdə Daşkənddə ev dustaqlığından yenidən ümumi rejimli həbsxanaya köçürülüb. (AZƏRTAC)

Xəbər lenti