Xəzər Xəbər

Tramp Braziliya prezidenti ilə görüşəcək

Dünya | 13:35 • 9 Mart 2019
Tramp Braziliya prezidenti ilə görüşəcək

Bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders bildirib.

ABŞ prezidentiDonald Trampmartın 19-da braziliyalı həmkarıJair Bolsonaruilə görüşəcək.

TASS-a istinadən xəbər verir ki, bu barədəAğ Evin mətbuat katibiSara Sandersbildirib.

Qeyd edilir ki, Tramp və Bolsonaru "daha çox çiçəklənən, təhlükəsiz və demokratik Qərb yarımkürəsini qurmaq" məsələsini müzakirə edəcəklər.

"İki ən böyük iqtisadi yarımkürənin liderləri həmçinin müdafiə sahəsində əməkdaşlıq imkanlarını, ticarət siyasətinin iqtisadi artımını, millətlərarası cinayətkarlıqla mübarizəni və Venesuelada demokratiyanın bərpası imkanlarını müzakirə edəcəklər", - deyə Sandersin bəyanatında bildirilir.

Ağ Evdə həmçinin bildiriblər ki, iki ölkənin liderləri ABŞ və Braziliyanın Venesuelaya humanitar yardımın göstərilməsini də müzakirə edəcəklər.

Daha əvvəl ABŞ prezidentiDonald Trampbildirib ki, Koreya Xalq Demokratik Respublikasının başçısıKim Çen Inla onun əvvəlki kimi yaxşı münasibətləri var. (Report)

Rubrikanın digər xəbərləri

Xəbər lenti