Xəzər Xəbər

Türkiyə “S-400”-ləri bu tarixdə əldə edəcək

Dünya | 12:27 • 9 Mart 2019
Türkiyə “S-400”-ləri bu tarixdə əldə edəcək

Türkiyədə "S-400” zenit-raket sistemlərinin yerləşdirilməsi prosesi bu ilin oktyabrında başlanacaq.

Bu haqda Türkiyənin müdafiə naziri Hulisi Akara istinadən "Sputnik” agentliyi bildirir.

"Hərbi hava gücləri onların hansı regionlarda yerləşdirilməsinin daha yaxşı olduğunu oyrənir”, - o deyib.

Hərbi idarənin başçısı həmçinin qeyd edib ki, Ankara və Vaşinqton "Patriot” sistemlərinin mümkün çatdırılması haqqında danışıqları davam etdirir.

Qeyd edək ki, "S-400” komplekslərinin çatdırılma haqqında Rusiya-Türkiyə müqaviləsi 2017-ci ildə bağlanıb. 2,5 milyard dollarlıq müqavllə çərçivəsində Türkiyəyə 4 "S-400” divizionu çatdırılacaq.

Vaşinqton dəfələrlə xəbərdarlıq edib ki, "S-400”-lərin alınması qabaqcıl texnologiyaların və "F-35” qırıcıların Türkiyəyə satışının və Ankaranın "F-35” proqramında iştirakının dayandırmasına gətirib çıxara bilər.

Öz növbəsində, Türkiyə tərəfi bildirib ki, hətta "Patriot” sistemlərin alınması halında belə, "S-400”-lərdən imtina etməyə hazırlaşmır, çünki, bu mövzular bir-biri ilə əlaqəli deyil./publika.az

Xəbər lenti