Xəzər Xəbər

Gürcüstan və Litva kibercinayətkarlığa qarşı birgə mübarizə aparacaqlar

Dünya | 19:27 • 8 Mart 2019
Gürcüstan və Litva kibercinayətkarlığa qarşı birgə mübarizə aparacaqlar

Gürcüstan kibercinayətkarlığa qarşı mübarizədə Litva ilə əməkdaşlıq edəcək.


AZƏRTAC xəbər verir ki, Gürcüstan Prezidentinin Litvaya səfəri zamanı iki ölkə arasında kibercinayətkarlığa qarşı birgə mübarizəyə dair bəyannamə imzalanıb.


Gürcüstan Prezidentinin mətbuat xidmətindən bildiriblər ki, sənədi Gürcüstanın və Litvanın müdafiə nazirləri Levan İzoriya və Raymondas Karoblis imzalayıblar.


Bəyannamədə kibercinayətkarlığa qarşı mübarizədə NATO–ya üzv və tərəfdaş ölkələr arasında əməkdaşlığın gücləndirilməsi, ayrı-ayrı ölkələrin bu sahədə milli fəaliyyət planları və s. məsələlər nəzərdə tutulub.


Xəbər lenti