Xəzər Xəbər

Avropa İttifaqının terrorizmlə ən çox üzləşən ölkəsi İspaniyadır

Dünya | 16:25 • 8 Mart 2019
Avropa İttifaqının terrorizmlə ən çox üzləşən ölkəsi İspaniyadır

İspaniyada 2000-2018-ci illər ərzində terror hücumları nəticəsində 268 insan həlak olub. Bu, Avropa İttifaqı (Aİ) ölkələri arasında maksimal göstəricidir.


AZƏRTAC bu barədə məlumatı "Avropada terrorizmin ağ və qara kitabı” adlı məruzəyə istinadla bildirir.


Həlak olanların 236-sı Aİ vətəndaşlarıdır. Statistika baskların ETA qruplaşmasının son terror aktlarını da əhatə edib.


Bu kədərli reytinqdə ikinci yeri Fransa (263 qurban) tutur.

Xəbər lenti