Xəzər Xəbər

Hindistana məxsus qırıcı təyyarə qəzaya uğrayıb

Dünya | 15:01 • 8 Mart 2019
Hindistana məxsus qırıcı təyyarə qəzaya uğrayıb

Hindistan hərbi qüvvələrinə məxsus "MiQ 21” qırıcı təyyarəsi ölkənin Racastan ştatında qəzaya uğrayıb.

Xezerxeber.az xəbər verir ki, pilot vaxtında katapult edərək xilas olub. Təyyarənin döyüş tapşırığını yerinə yetirməyə gedərkən qəzaya uğradığı bildirilir.

İlkin ehtimala görə, qəzaya səbəb quşun qırıcı təyyarəyə çırpılması olub. Amma əsl qəzanın səbəbi araşdırmadan sonra bilinəcək.

Xəbər lenti