Xəzər Xəbər

Ermənistanda Rusiya hərbçisi bıçaqlandı

Dünya | 14:49 • 8 Mart 2019
Ermənistanda Rusiya hərbçisi bıçaqlandı

Rusiyanın Ermənistandakı bazasının 22 yaşlı hərbçisi Racan Kajimirov döş boşluğundan bıçaqla yaralanıb.


Məlumatı "Novosti Armeniya” yayıb.


Racan Kajimirov Rusiya vətəndaşıdır, bu ölkənin Gümrüdəki 102 saylı hərbi hissəsində qulluq edir. Onun koma vəziyyətində olduğu bildirilir.


Hadisənin səbəbi araşdırılır, günahkarlar müəyyənləşdirilir.

Xəbər lenti