Xəzər Xəbər

Meksikada ağır qəza - 25 nəfər öldü

Dünya | 13:02 • 8 Mart 2019
Meksikada ağır qəza - 25 nəfər öldü

İnsidentin təfərrüatları araşdırılır.

Mərkəzi Amerikadan olan miqrantları daşıyan yük maşını Meksikada qəzaya düşüb.

Bu barədə Çyapas ştatının Baş prokurorluğu məlumat yayıb.

Qəza nəticəsində 25 nəfər ölüb, təxminən 30 nəfər yaralanıb.

Yol-nəqliyyat hadisəsi Qvatemala sərhədi yaxınlığında qeydə alınıb. Bildirilir ki, nömrə nişanı olmadan hərəkət edən avtomobil idarəetməni itirərək yoldan çıxıb.

İnsidentin təfərrüatları araşdırılır.(qafqazinfo.az)

Xəbər lenti

Çox oxunanlar