Xəzər Xəbər

Avtomobil şirkətindən unikal addım: bundan sonra məktəb və xəstəxanalarda...

Dünya | 12:18 • 8 Mart 2019
Avtomobil şirkətindən unikal addım:

Mərkəzi İsveçdə yerləşən "Volvo” avtomobil şirkəti gələn ildən etibarən avtomobillərin sürətində dəyişiklik edəcək.

Şirkət sürət həddini 180 km/saata endirəcək.

"Volvo” bu addımı avtomobil qəzalarında ölümlərin və yaralanmaların sayını azaltmaq məqsədilə atır.

Şirkətdən verilən açıqlamada 2021-ci ildə satışa təqdim ediləcək məhsullarda sürət həddi 180 km ilə məhdudlaşdırılacaq.

Dəyişiklik üçün sürət nəzarəti və virtual əhatələmə texnologiyasından istifadə ediləcək. Eyni zamanda, xəstəxana və məktəblərin yerləşdiyi bölgələrdə avtomatik olaraq sürət həddinin məhdudlaşdırılması proqramı üzərində də işləniləcək.

Qeyd edək ki, "Volvo” şirkəti Çinin avtomobil nəhəngi "Zhejiang Geely Holding”ə məxsusdur./publika.az

Xəbər lenti