Xəzər Xəbər

Polşada qətl edilmiş yəhudilərin kütləvi məzarlığında eksqumasiya aparılması planlaşdırılır

Dünya | 17:04 • 7 Mart 2019
Polşada qətl edilmiş yəhudilərin kütləvi məzarlığında eksqumasiya aparılması planlaşdırılır

Polşa hökuməti İkinci Dünya Müharibəsi zamanı yəhudilərin kütləvi yandırılıb basdırıldığı ərazidə ekqumasiya ehtimalını nəzərdən keçirir.


AZƏRTAC xəbər verir ki, Polşanın Jedvabne şəhərində 1941-ci ildə ölkənin Alman ordusu tərəfindən işğalı zamanı 300-dən çox yəhudi yandırılıb. İlkin eksqumasiya işləri 2001-ci ildə başlamışdı, lakin tezliklə dayandırılmışdı.


Polşanın Baş naziri Mateuş Moravetski "Polsat News” kanalına müsahibəsində bildirib ki, onun rəhbərlik etdiyi hökumət eksqumasiyanın bərpasını düşünür. Hazırda baş prokurorluğun bununla bağlı qərarını gözləyirik. Yerli siyasətçilərin bəziləri bunun İsraillə yaşanmış son gərginliyin yenidən alovlanmasına səbəb olacağını düşünürlər.

Xəbər lenti