Xəzər Xəbər

Pakistanın hava məkanında uçuşlara qadağanın müddəti yenidən uzadılıb

Dünya | 15:57 • 7 Mart 2019
Pakistanın hava məkanında uçuşlara qadağanın müddəti yenidən uzadılıb

Pakistanın hakimiyyət orqanları Hindistanla münaqişə səbəbindən öz hava məkanından istifadəyə qoyulan qadağanı martın 8-i yerli vaxtla səhər saat 8:00-dək uzadıb.


Xezerxeber.az xəbər verir ki, bu barədə Pakistanın Mülki Aviasiya İdarəsinin saytında yerləşdirilən xəbərdarlıqda bildirilir.


Xatırladaq ki, fevralın 26-na keçən gecə Hindistan Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri Pakistan sərhədini 80 kilometr keçərək Balakot yaşayış məntəqəsi rayonuna hava zərbəsi endirmişdi. Bundan sonra Pakistanın Hərbi Hava Qüvvələri ölkənin hava məkanını pozan iki Hindistan təyyarəsini vurmuşdu.


Hazırda sərhəddə gərginlik nisbətən azalsa da, iki ölkənin münasibətlərində yaranmış böhran tam aradan qalxmayıb. Onların arasında uzun müddətdən bəri mübahisə mövzusu olaraq qalan Kəşmir bölgəsində lokal atışmalar barədə məlumatlar yayılır.

Xəbər lenti